Azərbaycanda manatla əmanətlər 20,2% artıb

Azərbaycanda manatla əmanətlər 20,2% artıb

BANK
182

2026-cı ilin martın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin ümumi həcmi 17,209 milyard manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, əmanətlərin həcmi bir ay əvvələ nisbətən 542,7 milyon manat və ya 3,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,4 milyard manat və ya 16% artıb.

Hesabat dövründə fiziki şəxslərin milli valyuta ilə əmanətləri 11,943 milyard manat, xarici valyuta ilə əmanətləri isə 5,267 milyard manat olub. Manatla əmanətlər aylıq müqayisədə 466,9 milyon manat və ya 4,1%, illik müqayisədə isə 2 milyard manat və ya 20,2% artım göstərib.

Xarici valyutada əmanətlər isə fevral ayı ilə müqayisədə 75,9 milyon manat və ya 1,5%, illik müqayisədə isə 363,5 milyon manat və ya 7,4% artıb.

Beləliklə, 2026-cı ilin martın 1-nə fiziki şəxslərin manatla əmanətləri xarici valyutada olan əmanətləri 6,433 milyard manat və ya 2,3 dəfə üstələyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda manatla əmanətlər 20,2% artıb — Fins.az — Fins.az