Azərbaycanda maliyyə sektorunun aktivləri 7,7% artıb - Ataxan Həsənov

Azərbaycanda maliyyə sektorunun aktivləri 7,7% artıb - Ataxan Həsənov

BANK
288

2025-ci ildə Azərbaycanda maliyyə sektorunun aktivləri 7,7% artaraq 60,6 milyard manata çatıb.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu göstərici ilə maliyyə sektorunun aktivləri ümumi daxili məhsulun (ÜDM) 47%-nə, qeyri-neft ÜDM-nin isə 66%-nə bərabər olub. Qeyd edilib ki, sektorun bütün seqmentləri üzrə aktivlərdə artım müşahidə olunub.

Eyni zamanda Azərbaycan Mərkəzi Bankı rəsmisi vurğulayıb ki, maliyyə sektorunun əsas hissəsini təşkil edən bank sektorunda da genişlənmə davam edir. Belə ki, 2025-ci il ərzində bank sektorunun cəmi aktivləri 7,7% və ya 4,1 milyard manat artaraq 57,1 milyard manat təşkil edib.

Bank sektorunun cəmi öhdəlikləri isə 7,2% və ya 3,3 milyard manat artaraq 49,7 milyard manata yüksəlib. Nəticədə, bank sektorunun dərinlik göstəricisi hesab olunan aktivlərin ÜDM-ə nisbəti 2,3 faiz bəndi artaraq 44,2%-ə çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda maliyyə sektorunun aktivləri 7,7% artıb - Ataxan Həsənov — Fins.az — Fins.az