Azərbaycanda lokal kartlarla əməliyyatlar artıb

Azərbaycanda lokal kartlarla əməliyyatlar artıb

BANK
223

2026-cı ilin aprel ayının sonuna olan məlumata əsasən, Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş lokal kartlarla həyata keçirilən əməliyyatların həcmi artıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu dövrdə lokal kartlardan istifadə edilməklə 82,4 min əməliyyat icra olunub və ümumi dövriyyə 87,82 milyon manat təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 10,9 min və ya 15,2%, həcmi isə 17,28 milyon manat və ya 24,5% artıb.

Rezident kartlarla əməliyyatlar Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə qurumları tərəfindən buraxılmış kartlar vasitəsilə aparılan ödənişləri əhatə edir.

Aprel ayının sonuna olan vəziyyətə görə, ölkədə dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 22 milyon 518 min ədədə çatıb. Bu göstərici əvvəlki ayla müqayisədə 108 min ədəd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 9% artım deməkdir.

Statistikaya əsasən, debet kartlarının sayı 11% artdığı halda, kredit kartlarında 11% azalma qeydə alınıb. Ümumilikdə kart bazarındakı artım nağdsız ödənişlərin genişlənməsinə də müsbət təsir göstərib. İlin əvvəlindən etibarən ölkədaxili nağdsız əməliyyatların həcmi 16% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda lokal kartlarla əməliyyatlar artıb — Fins.az — Fins.az