Azərbaycanda lokal kart əməliyyatlarının sayı və həcmi artıb

Azərbaycanda lokal kart əməliyyatlarının sayı və həcmi artıb

BANK
293

Fins.az - 2026-cı ilin fevral ayının sonuna olan məlumata görə, rezident maliyyə təşkilatları tərəfindən buraxılmış, ödəniş kartları daxil olmaqla, lokal kartlarla aparılmış əməliyyatların sayı 61,9 min vahid, həcmi isə 64,35 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ötən ilin fevral ayı ilə müqayisədə əməliyyatların sayı 8,3 min vahid və ya 15,5%, həcmi isə 11,05 milyon manat və ya 20,7% artıb.

Qeyd olunur ki, rezident maliyyə təşkilatlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar ölkə daxilində fəaliyyət göstərən banklar və maliyyə qurumlarının verdiyi kartlarla həyata keçirilən bütün əməliyyatları əhatə edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda lokal kart əməliyyatlarının sayı və həcmi artıb — Fins.az — Fins.az