
Azərbaycanda kartla nağdsız ödənişlər 9,1 milyard manata yüksəlib
Aprel ayı ərzində Azərbaycanda kartlardan istifadə etməklə həyata keçirilən nağdsız ölkədaxili ödənişlərin həcmi 9,094 milyard manat təşkil edib.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16% artım deməkdir.
Hesabat dövründə nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. Belə ki, ümumi məbləğin 7,969 milyard manatı e-ticarət üzərindən həyata keçirilib.
Qalan əməliyyatlar isə müxtəlif ödəniş kanalları vasitəsilə icra olunub. Məlumata əsasən, 1,123 mln. manatı POS-terminallar, 2.5 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə reallaşdırılıb.
Eyni zamanda qeyd olunur ki, ilin əvvəlindən etibarən ödəniş kartları ilə aparılan nağdsız ölkədaxili əməliyyatlar ölkədaxili kart əməliyyatlarının 69.9%-ni təşkil edib.