Azərbaycanda istehlak kreditlərinin faizləri açıqlanıb - SİYAHI

Azərbaycanda istehlak kreditlərinin faizləri açıqlanıb - SİYAHI

BANK
813

Azərbaycan Mərkəzi Bankı “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” çərçivəsində istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb.

Finss.az xəbər verir ki, 2024-cü ilin göstəriciləri 2023-cü illə müqayisədə müəyyən dəyişikliklərə məruz qalıb.

Faiz dərəcələrinin müqayisəsi (2023/2024)

  • Kredit kartları üzrə faiz dərəcəsi – 26% (2023-cü ilə nisbətən 2% artım).
  • ABŞ dolları ilə kredit kartları üzrə faiz dərəcəsi – 5% (dəyişiklik yoxdur).
  • Məişət avadanlıqları üzrə kreditlər – 25% (dəyişiklik yoxdur).
  • Yaşayış sahəsinin təmiri üçün kreditlər – 16% (1% azalma).
  • Avtomobil kreditləri – 10% (1% azalma).
  • Nağd pul kreditləri (milli valyutada) – 20% (3% artım).
  • Xarici valyutada nağd pul kreditləri – 8% (2023-cü il göstəricisi) (2024-cü il üzrə məlumat qeyd olunmayıb).

Bu dəyişikliklər fonunda xüsusilə nağd pul kreditlərinin faiz dərəcəsində artım, avtomobil və təmir kreditlərində isə azalma müşahidə edilir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda istehlak kreditlərinin faizləri açıqlanıb - SİYAHI — Fins.az — Fins.az