Azərbaycanda işçilərini 339 nəfər artırıb 57 milyon manat xərcləyən bank

Azərbaycanda işçilərini 339 nəfər artırıb 57 milyon manat xərcləyən bank

BANK
672

Rəqəsal tətbiqlərin genişləndirilməsinə baxmayaraq 2019-cu ildə PAŞA Bank qrupunun (PAŞA Bank Azərbaycan, PAŞA Bank Türkiyə və PAŞA Bank Gürcüstan) işçilərinin sayı 339 nəfər artaraq 1282 nəfərə çatıb.

Marja-nın məlumatına görə, bunu PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.

O qeyd edib ki, ötən il PAŞA Bank Azərbaycan-ın işçilərinin sayı 137 nəfər artaraq 885 nəfərə, PAŞA Bank Gürcüstan-ın işçilərinin sayı 198 nəfər artaraq 341 nəfərə, PAŞA Bank Türkiyənin işçilərinin sayı isə 4 nəfər artaraq 56 nəfərə yüksəlib.

İŞÇİLƏRƏ 57 MİLYON MANATDAN ÇOX XƏRCLƏYİB

İşçilərin sayının artması işçilər üzrə də xərclərin artması ilə nəticələnib. 2018-ci illə müqayisədə Qrupun işçilər üzrə xərcləri 12% artaraq 57 milyon 568 min manat təşkil edib

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda işçilərini 339 nəfər artırıb 57 milyon manat xərcləyən bank — Fins.az — Fins.az