Azərbaycanda inşaat və tikinti sektoruna kredit qoyuluşu artıb

Azərbaycanda inşaat və tikinti sektoruna kredit qoyuluşu artıb

BANK
302

2026-cı ilin martın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1,877 milyard manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 22,7 milyon manat və ya 1,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 51,2 milyon manat və ya 2,8% artımı göstərir.

Ümumilikdə, 2026-cı ilin martın 1-nə real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,564 milyard manat olub. Bu göstərici aylıq müqayisədə 143,3 milyon manat və ya 0,4%, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,7 milyard manat və ya 9% artımı ifadə edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda inşaat və tikinti sektoruna kredit qoyuluşu artıb — Fins.az — Fins.az