Azərbaycanda inflyasiya 2028–2031-ci illərdə 4% səviyyəsində sabitləşəcək - BVF

Azərbaycanda inflyasiya 2028–2031-ci illərdə 4% səviyyəsində sabitləşəcək - BVF

BANK
97

İnflyasiya 2026-cı ildə 6%-ə yüksələcək, daha sonra azalacaq

Fins.az - Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda inflyasiyanın orta və uzunmüddətli dövrdə tədricən azalacağını və 2028–2031-ci illərdə 4% səviyyəsində sabitləşəcəyini proqnozlaşdırır.

Fondun hesabatına əsasən, istehlak qiymətləri indeksi 2026-cı ildə 6% təşkil edəcək. Daha sonra inflyasiya 2027-ci ildə 4,2%-ə enəcək və 2028–2031-ci illərdə illik 4% səviyyəsində sabit qalacaq.

Müqayisə üçün qeyd olunur ki, Azərbaycanda inflyasiya 2023-cü ildə 2,1%, 2024-cü ildə 4,9%, 2025-ci ildə isə 5,2% olub.

BVF: Xarici risklər inflyasiyanı artırır

BVF bildirir ki, inflyasiyanın 2026-cı ilin sonuna qədər 6%-ə yüksəlməsi Yaxın Şərqdəki münaqişə fonunda idxal olunan ərzaq məhsullarında qiymət artımı ilə bağlıdır. Bu isə əhalinin real gəlirlərinə və daxili tələbatına təzyiq yarada bilər.

Eyni zamanda, karbohidrogen qiymətlərinin artması nəticəsində Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2026-cı ildə əhəmiyyətli şəkildə artacaq, lakin orta müddətdə tədricən azalacaq.

BVF: Faiz siyasəti və risklərin idarə olunması vacibdir

Fondun qiymətləndirməsinə görə, inflyasiya təzyiqləri davam edərsə, Mərkəzi Bank əsas faiz dərəcəsini artırmalıdır.

BVF vurğulayır ki, pul-kredit siyasətinin effektivliyi üçün proqnozlara əsaslanan aydın kommunikasiya vacibdir və inflyasiya risklərinin diqqətlə izlənməsi tələb olunur.

Monetar siyasət və bank sektoru

Hesabatda qeyd olunur ki, banklararası bazarda faiz dərəcələrinin əsas faiz dərəcəsinə yaxın olması Mərkəzi Bankın likvidlik idarəetməsinin effektivliyini göstərir.

Bununla yanaşı, BVF monetar siyasətin iqtisadiyyata ötürülməsini yaxşılaşdırmaq üçün struktur islahatlarının davam etdirilməsini vacib sayır. Bu islahatlara aşağıdakılar daxildir:

  • risksiz gəlirlilik əyrisinin inkişafı

  • dollarlaşmanın azaldılması

  • bank sektorunda rəqabətin artırılması

  • əməliyyat xərclərinin azaldılması

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda inflyasiya 2028–2031-ci illərdə 4% səviyyəsində sabitləşəcək - BVF — Fins.az — Fins.az