Azərbaycanda inflyasiya  0,8% bəndi azalıb

Azərbaycanda inflyasiya  0,8% bəndi azalıb

BANK
902

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda inflyasiya 10,9% təşkil edib. Səkkiz aylıq göstərici ilə müqayisədə Azərbaycanda inflyasiya 0,8% bəndi azalıb.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 112,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 110,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,6 faiz təşkil edib. 2023-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105,1 faiz təşkil edib.

Günel Məlikzadə
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda inflyasiya  0,8% bəndi azalıb — Fins.az — Fins.az