Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin həcmi 19,1 milyard manatı ötüb

Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin həcmi 19,1 milyard manatı ötüb

BANK
511

2026-cı ilin fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-bank kredit təşkilatları tərəfindən ev təsərrüfatlarına qoyulmuş kreditlərin həcmi 19,1 milyard manata çatıb.

Fins.az Azərbaycan Mərkəzi Bankınının məlumatına əsasən xəbər verir ki, sözügedən göstərici aylıq müqayisədə 62,2 milyon manat və ya 0,3% artıb. İllik müqayisədə isə artım 1,967 milyard manat və ya 11,5% təşkil edib.

Qeyd olunub ki, 2026-cı ilin fevralın 1-nə ölkədə real sektora kredit qoyuluşu üzrə ümumi kredit portfeli 32,471 milyard manat olub. Bu göstərici aylıq müqayisədə 50 milyon manat və ya 0,1% azalsa da, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 milyard manat və ya 9% artım nümayiş etdirib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin həcmi 19,1 milyard manatı ötüb — Fins.az — Fins.az