Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlər artıb

Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlər artıb

BANK
94

2026-cı ilin mayın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları tərəfindən ev təsərrüfatlarına verilmiş kreditlərin həcmi 19,683 milyard manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistik göstəricilərdə əks olunub.

Məlumata əsasən, ev təsərrüfatlarına yönəldilmiş kredit portfeli aylıq müqayisədə 321,3 milyon manat və ya 1,7% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bu göstərici 2,1 milyard manat və ya 12% yüksəlib.

Bununla yanaşı, 2026-cı ilin mayın 1-nə Azərbaycanda real sektora ümumi kredit qoyuluşu 33,246 milyard manat təşkil edib.

Bu rəqəm aylıq müqayisədə 314 milyon manat və ya 0,9%, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,8 milyard manat və ya 9,4% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlər artıb — Fins.az — Fins.az