Azərbaycanda enerji və mədənçıxarma sektoruna kredit qoyuluşu 666,2 milyon manat olub

Azərbaycanda enerji və mədənçıxarma sektoruna kredit qoyuluşu 666,2 milyon manat olub

BANK
266

2026-cı il fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-bank kredit təşkilatları tərəfindən mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna qoyulmuş kreditlərin həcmi 666,2 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 18 milyon manat və ya 2,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 126,8 milyon manat və ya 16% azdır.

Qeyd edək ki, ümumilikdə 2026-cı il fevralın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32 milyard 471 milyon manat təşkil edib.

Bu göstərici aylıq müqayisədə 50 milyon manat və ya 0,1% az, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,7 milyard manat və ya 9% çoxdur.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda enerji və mədənçıxarma sektoruna kredit qoyuluşu 666,2 milyon manat olub — Fins.az — Fins.az