Azərbaycanda əmanətlər 16,960 milyard manata çatıb

Azərbaycanda əmanətlər 16,960 milyard manata çatıb

BANK
383

2026-cı ilin aprelin 1-nə Azərbaycanda banklarda fiziki şəxslərin əmanətlərinin ümumi həcmi 16,960 milyard manat təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, əmanətlərin həcmi bir ay əvvəl ilə müqayisədə 248,9 milyon manat və ya 1,4% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,9 milyard manat və ya 12,5% artım qeydə alınıb.

Məlumata əsasən, bu ilin aprelin 1-nə fiziki şəxslərin milli valyuta ilə əmanətləri 11,8 milyard manat, xarici valyuta ilə əmanətləri isə 5,159 milyard manat təşkil edib. Milli valyutada olan əmanətlərin həcmi əvvəlki ayla müqayisədə 141,8 milyon manat və ya 1,2% azalsa da, illik ifadədə 1,7 milyard manat və ya 17% artıb.

Xarici valyutada yerləşdirilmiş əmanətlərin həcmi isə bu ilin martın 1-i ilə müqayisədə 107,1 milyon manat və ya 2% azalıb, ötən ilin aprelin 1-i ilə müqayisədə isə 175,6 milyon manat və ya 3,5% artım göstərib.

Beləliklə, bu ilin aprelin 1-nə fiziki şəxslərin milli valyutada olan əmanətləri xarici valyutada yerləşdirilən əmanətləri 6,641 milyard manat və ya 2,3 dəfə üstələyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda əmanətlər 16,960 milyard manata çatıb — Fins.az — Fins.az