Azərbaycanda dövriyyədə olan kartların sayı artıb

Azərbaycanda dövriyyədə olan kartların sayı artıb

BANK
338

2026-cı ilin yanvar ayında Azərbaycanda kredit kartlarından istifadə etməklə həyata keçirilən əməliyyatların sayı 12,439 milyon, onların ümumi həcmi isə 647 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin yanvar ayı ilə müqayisədə kredit kartları ilə aparılan əməliyyatların sayı 1,449 milyon və ya 10,4 % azalıb. Eyni zamanda, əməliyyatların ümumi həcmi 193 milyon manat və ya 23 % geriləyib.

Belə ki, ötən ilin yanvar ayında kredit kartları ilə həyata keçirilən əməliyyatların sayı 13,888 milyon, həcmi isə 840 milyon manat olub.

Qeyd edək ki, cari ilin yanvar ayına olan məlumata əsasən, Azərbaycanda bankların və Azərpoçt sistemləri vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 176 min artaraq 22 milyon 156 min ədəd təşkil edib.

Eyni zamanda, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı 11 % artıb.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dövriyyədə olan kartların sayı artıb — Fins.az — Fins.az