Azərbaycanda devalvasiya olacaq?

Azərbaycanda devalvasiya olacaq?

BANK
4,718

Bakı 21 dekabr Fins.az

Azərbaycanda iqtisadi proseslərin aktivlik səviyyəsi eyni zamanda pandemiyanın mənfi təsirləri diqqəti ölkədə manatın məzənnəsinə yönəldib. Bəzi mütəxəssislər Azərbaycanda milli valyutanın dəyərsizləşəcəyindən yəni devalvasiyadan narahatdır.

2020-nin mart ayında şiddətlənən devalvasiya gözləntisi bu günlərdə də artıb. Cəmiyyətin eyni zamanda mütəxəsislərin devalvasiya gözləntisi Azərbaycanda növbti devalvasiya olacaq? sualını aktuallaşdırıb. Ölkədə devalvasiya gözləntisi və manatın ucuzlaşması ilə bağlı hansı iqtisadi dəyişkliyin olacağına dair fikirlərini iqtisadçı ekspert Rəşad Həsənov Fins.az-la bölüşüb. 

O bildirib ki, Azərbaycan üçün devalvasiya çağırışı çoxdan yaranıb. Bu yeni yaranmış bir məsələ deyil. Sadəcə olaraq hökümət bu günə qədər ümumiyyətlə tənzimləməni, idarəetməni bu istiqamətdəki şərtləri, konyunkturu hələ düzgün formalaşdıra bilməyib. Hökumət,  vətəndaş, biznes,bank sektoru heç kim buna hazır görünmür. Sosial şərtlər də devalvasiyaya o qədər də uyğun deyil. Buna görə də hökümət çalışır mümkün qədər təzyiqi neytrallaşdırılsın. Tədiyə balansında 2 milyard manatdan artıq faktiki kəsir yaranıb. Ən ciddi təzyiq 2021 ci ilin büdcəsində formalaşacaq.

Büdcədə yaranan kəsir və onun iqtisadi nəticələrini nəzərə çatdıran ekspert qeyd edib ki, büdcənin kəsiri böyük olacaq. Büdcənin kəsirinin kompensasiya edilməsi üsullarından birini də mən Neft Fondundan götürülən vəsaitlərin nominal ifadədə şişirdilməsi yolunda görürəm. Məsələn deyək ki, bu günki şərtlər daxilində daha doğru bundan əvvəl hazırlanmış layihədə 12,2 milyard manatın Neft Fondundan transfer edilməsi nəzərdə tutulub. Bu o demək idi ki, 7,2 milyard dolları Neft Fondu 2021-ci ildə satacaq. Təxminən 1 dollar üçün 25 -30 qəpik artım edilsə yəni məzənnəni 2 manata çatdırsalar, Neft Fondu yenə 7,2 milyard satır amma əvəzində 12,2 milyard manat yox 14,4 milyard manat büdcəyə ödəyir. Yəni manatla ifadədə 2 milyard artıq vəsait. Hazırda tam proqnozlaşdırmaq olmur ki, büdcədə kəsir nə qədər olacaq? Bundan əvvəl 2 milyard manata yaxın idi daha dəqiq 1,7 milyard idi. Məsələn indi Qarabağla bağlı xərclər nə qədər olacaq? Hökümət bu məsələni necə görür? Ümumilikdə bunların hamısı sirrdir. İstənilən halda mən təxminən 4-5 milyard arasında büdcə kəsiri gözləyirəm. Sadəcə olaraq hökümət devalvasiya yolu ilə kəskin əhəmiyyətli hissəsini kompensasiya edə bilər.

Rəşad Həsənov əlavə edib ki, əlavə olaraq bütün bunları kənara qoyaq. İqtisadiyyatımızda rəqabətlilik əhəmiyyətli səviyyədə zəifləyib. 2017-ci ildən bizim turizm sektorunun  rəqabət aparmaq qabiliyyəti zəifləyir. Region ölkələrindəki ümumi vəziyyətə nəzər yetirək. Türkiyənin valyutası 2017-ci ilə nisbətən bizim pulla müqaisədə dəfələrlə  ucuzlaşıb. Eyni zamanda Gürcüstan, İran Rusiyanın valyutalarına ucuzlaşma müşahidə edilib. Bizim valyuta isə sabit qalıb. Bizim bazarlarımız bu ölkələrdir. Bu ölkələrin valyutaları qarşında bizim valyutamız sabit qaldığı təqdirdə biz nə xidmət,  nə də qeyri neft məhsulu sata bilirik.

Azərbaycan iqtisadiyyatında rəqabətliliyin azalmasını da diqqətə çatdıran İqtisadçı ekspert Rəşad Həsənov "Başqa aspektdən yanaşdıqda biz iqtisadiyyatın rəqabətliliyindən danışan kimi onsuzda bizim ixracımız demək olar yoxdur kimi əks arqumentlər səsləndirilir. Bu doğrudur. Bütün hallarda istehsalı da bir yerdən başlamaq lazımdır. Biz ixrac üçün əsasları formalaşdırmalıyıq. Ona görə ki, biz uçurumdan aşağıya yuvarlanmışıq. Bizi tutmasalar bir yerdə dağılacağıq. Azərbaycan İqtisadiyyatı o vəziyyətə gedir. Xüsusilə Qarabağın əhəmiyyətli bir hissəsinin 75%-nin işğaldan azad olunması çox yaxşıdır. İşğaldan azad olunmanın da Azərbaycan İqtisadiyyatı üçün yaratdığı maliyyə yükü də var. Azad olunmuş ərazilərin  bərpasının təxminən 110 milyard manatlıq xərci var. Neft əvvəlki kimi gəlirli deyil. Əgər 2007-2008-ci illərə nəzər salsaq neft ölkəyə 37-38 milyard dollar pul gətirirdi. Həmin vaxt büdcəmiz 2-3 milyard manat idi. Hazırda neft 6-7 ən yaxşı halda 10 milyard dollar gəlir gətirir. Dövlət büdcəmiz də 30 milyarda çatır. Necə olacaq bu məsələ? "-deyə fikirlərini əsaslandırıb. 

Ekspert həmçinin devalvasiyanın mənfi və müsbət nəticələrini də açıqlayaraq "Doğrudur devalvasiya müəyyən insanlara zərər gətirəcək. Üzən məzənnə rejiminə keçmədən iqtisadiyyat qurmaq olmaz. Üzən məzənnə rejiminə keçmədən Azərbaycanın qeyri-neft sektoruna pul gəlməyəcək, investisiya qoyulmayacaq. Qarabağı qurmaq üçün biz investoru cəlb edə bilməyəcəyik. Mərhələli şəkildə üzən məzənnə rejiminə keçməyin vaxtı çoxdan çatıb."-deyə qeyd edib. 

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda devalvasiya olacaq? — Fins.az — Fins.az