
Azərbaycanda depozit portfeli azalan 9 bank-SİYAHI
"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 9-nun bu il yanvarın 1-nə depozit portfeli illik müqayisədə az olub.
Bunlar "Bank Avrasiya", "Turan Bank", "Amrah Bank", "PAŞA Bank", "Azər-Türk Bank", "AGBank", "Rabitəbank", "Express Bank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Bank Avrasiya"da (1,2%), ən çox azalma isə Pakistan bankında (70,5%) qeydə alınıb.
1 bankın - "Yapı Kredi Bank Azərbaycan"ın depozit portfeli demək olar ki, dəyişməyib.
Qalan 19 bankın depozit portfeli isə artıb. Ən yüksək dinamika "AFB Bank"da (87,9%), ən aşağı dinamika isə "Bank VTB Azərbaycan"da (0,4%) qeydə alınıb.
(C)renkinq