Azərbaycanda BOKT sektorunda maliyyə inklüzivliyi üzrə yeni göstəricilər açıqlanıb

Azərbaycanda BOKT sektorunda maliyyə inklüzivliyi üzrə yeni göstəricilər açıqlanıb

BANK
311

2026-cı il martın sonuna Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən təqdim edilmiş maliyyə icarəsi xidmətlərinin həcmi 46 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bu göstərici Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənəddə qeyd edilir ki, maliyyə icarəsi əməliyyatlarının inkişafı üçün ölkədə geniş potensial mövcuddur. Bu potensialın reallaşdırılması məqsədilə hüquqi və tənzimləmə sahəsində islahatların aparılması, həmçinin maliyyə icarəsi sektorunun inkişafı üçün daha əlverişli mühitin yaradılması zəruri hesab edilir.

Bununla yanaşı, bildirilir ki, bank olmayan kredit təşkilatları (BOKT) sektoru maliyyə xidmətləri məhsullarının diversifikasiyası və maliyyə inklüzivliyinin genişləndirilməsi baxımından əhəmiyyətli potensiala malikdir.

2025-ci ilin III rübünün sonuna ölkədə 90 BOKT, o cümlədən 36 kredit ittifaqı fəaliyyət göstərib. Lakin onların ümumi aktivləri maliyyə sektorunun ümumi aktivlərinin cəmi 1,8 faizini təşkil edib (Aqrarkredit QSC-nin aktivləri nəzərə alınmadan).

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda BOKT sektorunda maliyyə inklüzivliyi üzrə yeni göstəricilər açıqlanıb — Fins.az — Fins.az