Azərbaycanda BKM əməliyyatlarının sayı artıb

Azərbaycanda BKM əməliyyatlarının sayı artıb

BANK
221

2025-ci ilin dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarının sayı 69,2 milyon ədəd olub. Bu əməliyyatların ümumi məbləği isə 3,2 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, qeyd olunan göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artım nümayiş etdirib. Belə ki, əməliyyatların sayı 9,2 milyon ədəd və ya 15,3%, ümumi məbləği isə 311 milyon manat və ya 10,9% artıb.

Məlumata əsasən, 2024-cü il dekabrın 1-nə ölkədə BKM vasitəsilə ümumilikdə 60 milyon ödəniş əməliyyatı aparılıb və bu əməliyyatların dəyəri 2,8 milyard manat olub.

Qeyd edək ki, Banklararası Kart Mərkəzi (BKM) bank kartları ilə aparılan ödənişlərin təhlükəsiz və operativ şəkildə emalını təmin edən əsas maliyyə infrastrukturlarından biridir. BKM müxtəlif bankların kartları ilə həyata keçirilən əməliyyatlar arasında əlaqələndirici rol oynayaraq, kart əməliyyatlarının düzgün ötürülməsini və yekunlaşdırılmasını təmin edir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda BKM əməliyyatlarının sayı artıb — Fins.az — Fins.az