Azərbaycanda bankların ümumi aktivləri artıb

Azərbaycanda bankların ümumi aktivləri artıb

BANK
182

2026-cı il aprelin 1-nə olan məlumata görə, Azərbaycan bank sektorunda xalis xarici aktivlər artım nümayiş etdirib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bankların xalis xarici aktivləri 28,523 milyard manat olub. Bu göstərici aylıq müqayisədə 2,006 milyard manat və ya 7,6%, illik müqayisədə isə 264,1 milyon manat və ya 0,9% artım deməkdir.

Eyni dövrdə bankların xalis daxili aktivləri 21,456 milyard manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 2,5 milyard manat və ya 5,1% azalsa da, illik müqayisədə 2,984 milyard manat və ya 16,2% artıb.

Beləliklə, bank sektorunda xalis xarici aktivlər xalis daxili aktivləri 7,067 milyard manat və ya 1,3 dəfə üstələyib.

Bank sektoru üzrə ümumi göstəricilər:

Hesabat dövründə Azərbaycanda 22 bank fəaliyyət göstərib. Bank sektorunun ümumi aktivləri 57,961 milyard manat, öhdəlikləri 50,292 milyard manat, balans kapitalı isə 7,668 milyard manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bankların ümumi aktivləri artıb — Fins.az — Fins.az