Azərbaycanda bankların tikinti sahəsi üzrə biznes kredit portfeli artıb

Azərbaycanda bankların tikinti sahəsi üzrə biznes kredit portfeli artıb

BANK
310

2026-cı ilin aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların tikinti sahəsi üzrə biznes kredit portfeli 1,756 milyard manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 49 milyon manat və ya 2,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 387 milyon manat və ya 28,3% artım nümayiş etdirib.

Məlumata əsasən, 2026-cı ilin martın 1-nə tikinti sektoru üzrə biznes kredit portfeli 1,707 milyard manat, 2025-ci ilin aprelin 1-nə isə 1,369 milyard manat olub. Bu rəqəmlər sektorda kredit aktivliyinin davamlı artdığını göstərir.

Ümumilikdə, 2026-cı ilin aprelin 1-nə Azərbaycanda bankların kredit portfeli 30,290 milyard manat təşkil edib. Portfelin strukturunda biznes kreditlər 53,5% (16,215 milyard manat), istehlak kreditləri 31,3% (9,491 milyard manat), ipoteka kreditləri isə 15,2% (4,585 milyard manat) paya malik olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bankların tikinti sahəsi üzrə biznes kredit portfeli artıb — Fins.az — Fins.az