
Azərbaycanda bankların sənaye sektoru üzrə biznes kredit portfeli artıb
2026-cı ilin martın 1-nə Azərbaycanda bankların sənaye sektoru üzrə biznes kredit portfeli 2,738 milyard manat təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, sənaye sektoru üzrə kredit portfeli aylıq müqayisədə 7 milyon manat və ya 0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 36 milyon manat və ya 1,3% artım göstərib.
Belə ki, bu göstərici 2026-cı ilin fevralın 1-nə 2,731 milyard manat, ötən ilin martın 1-nə isə 2,702 milyard manat səviyyəsində olub.
Qeyd edək ki, 2026-cı ilin martın 1-nə ölkə üzrə bankların ümumi kredit portfeli 30,119 milyard manat təşkil edib. Kredit portfelinin strukturunda biznes kreditləri 53,3% (16,058 milyard manat), istehlak kreditləri 31,4% (9,467 milyard manat), ipoteka kreditləri isə 15,3% (4,593 milyard manat) paya sahib olub.