
Azərbaycanda bankların öhdəliklərinin həcmi üzrə RENKİNQİ - II RÜB/2026
2026-cı ilin II rübü üzrə Azərbaycanda fəaliyyət göstərən bankların öhdəliklərinin həcminə görə renkinq açıqlanıb. Renkinq 2026-cı ilin ikinci rübünün sonuna olan vəziyyəti əks etdirir.
Fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2026-cı il iyunun 30-na bank sektorunda öhdəliklərinin həcminə görə ilk sırada Azərbaycan Beynəlxalq Bankı (ABB) qərarlaşıb. Bankın cəmi öhdəlikləri 13 milyard 72,7 milyon manat təşkil edib.
İkinci yerdə 11 milyard 932,8 milyon manat öhdəliklə Kapital Bank, üçüncü pillədə isə 8 milyard 600,7 milyon manat öhdəliklə PAŞA Bank yer alıb.
Sonrakı yerlərdə Bank Respublika (2 milyard 447,4 milyon manat), Xalq Bank (2 milyard 308,7 milyon manat), Unibank (2 milyard 97 milyon manat) və Azər-Türk Bank (1 milyard 919,8 milyon manat) qərarlaşıb.
Siyahının sonuncu pilləsində isə 65,9 milyon manat öhdəliklə Bank Melli İran Bakı filialı yer alıb.
2026-cı ilin II rübü üzrə bankların öhdəliklərinin həcminə görə renkinq
№ | Bankın adı | Öhdəliklər (min manat) |
|---|---|---|
1 | Azərbaycan Beynəlxalq Bankı (ABB) | 13,072,750 |
2 | Kapital Bank | 11,932,798 |
3 | PAŞA Bank | 8,600,708 |
4 | Bank Respublika | 2,447,387 |
5 | Xalq Bank | 2,308,694 |
6 | Unibank | 2,097,022 |
7 | Azər-Türk Bank | 1,919,816 |
8 | AccessBank | 1,523,740 |
9 | Ziraat Bank Azərbaycan | 1,386,079 |
10 | Yelo Bank | 1,285,369 |
11 | Rabitəbank | 1,260,813 |
12 | Bank of Baku | 1,210,272 |
13 | TuranBank | 841,642 |
14 | Azərbaycan Sənaye Bankı | 742,540 |
15 | Yapı Kredi Bank Azərbaycan | 740,762 |
16 | Expressbank | 571,005 |
17 | Premium Bank | 474,082 |
18 | AFB Bank | 461,426 |
19 | Bank VTB (Azərbaycan) | 220,687 |
20 | Bank Avrasiya | 127,737 |
21 | Bank Melli İran Bakı filialı | 65,855 |