Azərbaycanda banklararası bazarda əməliyyat həcmi 42.1 milyard manata çatıb

Azərbaycanda banklararası bazarda əməliyyat həcmi 42.1 milyard manata çatıb

BANK
254

Azərbaycanın banklararası bazarının təminatsız seqmentində əməliyyat fəallığı artıb. Cari ilin I rübü ərzində Blumberq ticarət sistemi üzərindən banklararası bazarda ümumi həcmi 42.1 milyard manat olan 1041 əqd bağlanıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

AMB-nin açıqlamasına görə, qeyd olunan göstərici ötən rüblə müqayisədə 3.1 dəfə artım deməkdir. Hesabat dövründə bağlanan əqdlərin həcm baxımından 97%-i 1-3 günlük əməliyyatların payına düşüb.

Mərkəzi Bank bildirib ki, hesabat dövründə pul bazarında müşahidə olunan yüksək əməliyyat fəallığı bazar iştirakçılarının aktivliyi ilə seçilib. Qısamüddətli maliyyə resurslarına tələbin yüksək qalması banklararası əməliyyatların intensivliyini artırıb.

Qeyd olunub ki, həm təminatsız seqmentdə, həm də repo bazarında əməliyyat həcmlərində genişlənmə müşahidə edilib. AMB-nin qiymətləndirməsinə görə, bu dinamika maliyyə bazarında likvidliyin idarə olunması və banklararası əməkdaşlığın güclənməsi baxımından mühüm göstərici hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda banklararası bazarda əməliyyat həcmi 42.1 milyard manata çatıb — Fins.az — Fins.az