
Azərbaycanda banklar 65.8% daha çox mənfəət vergisi ödəyib
2022-ci ilin 8 ayında banklar 589.4 mln. manat xalis mənfəət, 849.9 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycana Mərkəzi Bankı məlumat yayımlayıb
Məlumata görə, ilin əvvəlindən banklar tərəfindən ümumilikdə 135.8 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövri ilə müqayisədə 65.8% və ya 53.9 mln. manat daha çoxdur.
Müəllif:Aynur Qəniyeva