Azərbaycanda bank sektorunun gəlirliliyi artıb, kapital adekvatlığı güclənib

Azərbaycanda bank sektorunun gəlirliliyi artıb, kapital adekvatlığı güclənib

BANK
572

2024-cü ilin sonuna Azərbaycan bank sektoru müsbət maliyyə göstəriciləri ilə nəticələnib.

Finss.az xəbər verir ki, bank sektoru 1 milyard manatdan çox xalis mənfəət əldə edib.

AMB-nin 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatında yer alan məlumatlara görə, sektorun kapital adekvatlığı əmsalı 17.6% olub, bu da minimum prudensial tələbi 1.8 dəfə üstələyir.

Bundan əlavə, aktivlərin gəlirliliyi 2.1%, kapitalın gəlirliliyi isə 18.1% təşkil edib ki, bu da sektorun sağlam maliyyə vəziyyətini və dayanıqlı inkişafını əks etdirir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bank sektorunun gəlirliliyi artıb, kapital adekvatlığı güclənib — Fins.az — Fins.az