Azərbaycanda bank sektorunda depozitlərin həcmi açıqlanıb

Azərbaycanda bank sektorunda depozitlərin həcmi açıqlanıb

BANK
222

2026-cı ilin I rübünün sonuna maliyyə sektoru çıxılmaqla depozit portfeli ilin əvvəli ilə müqayisədə 2% azalaraq 37 milyard manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata əsasən, hesabat dövründə müddətli depozitlərin həcmi 2% artaraq 16,3 milyard manata çatıb. Cari depozitlərin həcmi isə 5% azalaraq 20,7 milyard manat olub.

Qeyd olunub ki, I rübün sonuna hüquqi şəxslərin cəmi depozitləri 20,1 milyard manat təşkil edib. Bu depozitlərin strukturunda cari hesabların payı 72,3%, müddətli depozitlərin payı isə 27,7% olub.

Bildirilib ki, dövrün sonuna manatla depozitlərin həcmi 23,8 milyard manat, xarici valyutada depozitlər isə 13,3 milyard manat ekvivalentində qeydə alınıb.

AMB-nin məlumatına görə, hesabat dövründə fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 0,4 faiz bəndi azalaraq 30,4%-ə enib. Rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi isə dəyişməyərək mart ayında 28% təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bank sektorunda depozitlərin həcmi açıqlanıb — Fins.az — Fins.az