Azərbaycanda bank kreditləri ilə sərmayə qoyuluşu azalıb

Azərbaycanda bank kreditləri ilə sərmayə qoyuluşu azalıb

BANK
649

Azərbaycanda bank kreditləri ilə əsas kapitala sərmayə qoyuluşu illik 3,8% azalaraq bu ilin yanvar mart ayları ərzində 130,9 mln. manat təşkil edib.

 Dövlət Statistika Komitəsinin  verdiyi məlumata görə, cəmi kapitala sərmayə qoyuluşunda bank kreditlərini xüsusi çəkisi  də bu müddətdə 5%-dən 4,5%-ə enib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 929,4 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5% çox vəsait yönəldilib.

Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 1 959,9 mln. manat,  büdcə vəsaitləri 519 mln. manat, büdcədənkənar dövlət fondlarının vəsaitləri 52,1 mln. manat, əhalinin şəxsi vəsaitləri 188,9 mln. manat, sair vəsaitlər 78,6 mln. manat təşkil edib.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bank kreditləri ilə sərmayə qoyuluşu azalıb — Fins.az — Fins.az