Azərbaycanda Ani Ödənişlər Sistemi üzrə əməliyyatlar 4,2 dəfə artıb

Azərbaycanda Ani Ödənişlər Sistemi üzrə əməliyyatlar 4,2 dəfə artıb

BANK
326

2026‑cı ilin fevral ayında Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə aparılmış əməliyyatların həcmi 406 milyon manat, sayı isə 2,984 milyon ədəd təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ötən ilin fevral ayı ilə müqayisədə əməliyyatların həcmi 4,2 dəfə, əməliyyatların sayı isə 41,2 dəfə artıb. Qeyd edək ki, 2025-ci ilin fevral ayında AÖS vasitəsilə aparılmış əməliyyatların həcmi 96 milyon manat, sayı isə yalnız 72,4 min ədəd olub.

Fevral ayı üzrə bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nisbətən 191 min ədəd artaraq 22 milyon 347 min ədəd təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 10% yüksəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda Ani Ödənişlər Sistemi üzrə əməliyyatlar 4,2 dəfə artıb — Fins.az — Fins.az