Azərbaycanda 234 min 172,12 manat zərər edən bank

Azərbaycanda 234 min 172,12 manat zərər edən bank

BANK
1,077

"2020-ci ilin yanvar-mart aylarında bamk aktivlərini 1,2% - 97 milyon 529,047 min manata qədər azaldıb. Bu barədə "Bank İran Melli"-nin Bakı filialından məlumat verilib.

Yanvar-mart aylarında bankın kredit portfeli 10,4% - 4 milyon 618,128 min manata qədər artıb.

Aktivlərin strukturunda nağd vəsaitlər və digər banklardakı müxbir hesablar ən çox xüsusi çəkiyə malikdir və 58 milyon 226,964 min manat (31 dekabr 2019-cu il tarixinə olan göstərici ilə müqayisədə azalma 2,4%), investisiya qiymətli kağızları 24 milyon 52,308 min manat (artım 5,4%) təşkil edir.

31 mart 2020-ci tarixinə “Bank Melli İran”ın Bakı filialının öhdəlikləri 60 milyon 700,379 min manata (azalma 2,3%) bərabərdir. Bankın maliyyə institutları qarşısındakı öhdəlikləri 1% – 32 milyon 47,228 min manatadək artıb, müştəri hesabları 4,1% - 11 milyon 455,091 min manatadək azalıb.

Mart ayının sonuna bankın kapitalı 36 milyon 828,667 min manat (azalma 0,6%), nizamnamə kapitalı 73 milyon 611 min 171,44 manat (dəyişməyib) təşkil edib.

Birinci rübün yekunları üzrə bankın xalis zərəri 234 min 172,12 manat (2019-cu ilin I rübündə xalis zərər 8 milyon 602 min 793,82 manat təşkil edib - İF) məbləğində olub. 2020-ci il martın 31-nə bankın bölüşdürülməmiş zərəri 36 milyon 783,738 min manat (azalma 0,6%) məbləğində qiymətləndirilir.

“Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir

(c)İnterfaks Azərbaycan

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda 234 min 172,12 manat zərər edən bank — Fins.az — Fins.az