Azərbaycanda 20 ildə 3,87 mlrd. manatlıq ipoteka krediti verilib - Anar Quliyev

Azərbaycanda 20 ildə 3,87 mlrd. manatlıq ipoteka krediti verilib - Anar Quliyev

BANK
315

2006–2026-cı illəri əhatə edən dövr üzrə Azərbaycanda ümumilikdə təxminən 58 min ipoteka krediti verilib, kredit portfelinin həcmi isə 3,87 milyard manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, satınalma öhdəliyi ilə kirayə mənzillərin sayı 9306-ya çatdırılıb, zəmanət və subsidiyalar üzrə isə 707 milyon manatlıq dəstək mexanizmləri tətbiq olunub.

Komitə sədri qeyd edib ki, ipoteka kreditləşməsi mənzil bazarını aktivləşdirərək yeni layihələrin icrasını sürətləndirib, tikinti sektorunun investisiya cəlbediciliyini artırıb. Bu alət həm də sosial rifahın yüksəldilməsinə və bazar mühitinin daha proqnozlaşdırıla bilən olmasına xidmət edir.

O, həmçinin vurğulayıb ki, şəhərsalma, bərpa-quruculuq və mənzil təminatı sahəsində həyata keçirilən ardıcıl siyasət və qlobal urbanizasiya çağırışları nəzərə alınaraq Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi qərara alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda 20 ildə 3,87 mlrd. manatlıq ipoteka krediti verilib - Anar Quliyev — Fins.az — Fins.az