Azərbaycanda 2 mlnn 475 min manat xalis mənfəət əldə etmiş bank

Azərbaycanda 2 mlnn 475 min manat xalis mənfəət əldə etmiş bank

BANK
557

2020-ci 1-ci rübünü 2 milyon 475 min manat xalis mənfəət ilə başa vurub.Halbuki,"AccessBank” QSC 2020-ci ilin ötən ilin ilk rübünü 74 milyon 600 min manat zərər ilə bağlamışdı.

Fins.az xəəbər verir ki, 2020-ci ilin birinci rübübə dair hesabatda bu barədə məlumat verilir.

Bildilir ki, 2020-ci ilin yanvar-mart dövründə "AcessBank"-ın cəmi əməliyyat gəlirləri 28 milyon 324 min manat, cəmi əməliyyat xərcləri isə 26 milyon 743 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 581 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 894 min manat mənfəətə əlavə edilib. Beləliklə, Bank ilk rübü 2 milyon 475 min manat xalis mənfəət ilə bağlayıb.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk rübündə “AccessBank”ın cəmi əməliyyat gəlirləri 45 milyon 357 min manat, cəmi əməliyyat xərcləri 28 milyon 18 min manat, əməliyyat mənfəəti 17 milyon 339 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 91 milyon 939 min manat ayırdığından əməliyyat mənfəəti silinmiş və həmin rübü 74 milyon 600 min manat zərər ilə bağlamışdı.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda 2 mlnn 475 min manat xalis mənfəət əldə etmiş bank — Fins.az — Fins.az