Azərbaycana daxil olan təkrar gəlirlər 2,1 milyard dollar olub - AMB

Azərbaycana daxil olan təkrar gəlirlər 2,1 milyard dollar olub - AMB

BANK
303

2025-ci ildə Azərbaycanda təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 2,1 milyard ABŞ dolları olub, daxilolmalar 1,4 milyard dollar, ödənişlər isə 0,7 milyard dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, təkrar gəlirlər üzrə ümumi daxilolmaların 83,5%-i xarici ölkələrdən fiziki şəxslərin göndərdiyi pul baratları, 11,1%-i humanitar mallar və digər yardımlar, 5,4%-i isə digər daxilolmalardan ibarət olub.

Hesabat dövründə ölkəyə göndərilən pul baratlarının həcmi 8,7% artaraq 1,2 milyard dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 4,1% azalaraq 0,5 milyard dollar təşkil edib. Nəticədə pul baratları üzrə 0,7 milyard dollar həcmində müsbət saldo yaranıb ki, bu da 20,8% artımı göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycana daxil olan təkrar gəlirlər 2,1 milyard dollar olub - AMB — Fins.az — Fins.az