Azərbaycana daxil olan və xaricə göndərilən sürətli pul köçürmələri azalıb

Azərbaycana daxil olan və xaricə göndərilən sürətli pul köçürmələri azalıb

BANK
377

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 484,3 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən məbləğ isə 158,7 milyon manat təşkil edib.

Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə banklara daxil olan vəsaitin həcmi 123,2 milyon manat və ya 20,3%, xaricə köçürülən vəsaitin həcmi isə 14,4 milyon manat və ya 8,3% azalıb.

Xatırladaq ki, 2024-cü ilin ilk dörd ayında banklara 607,5 milyon manat, banklardan isə 173,1 milyon manat həcmində sürətli pul köçürməsi həyata keçirilib.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycana daxil olan və xaricə göndərilən sürətli pul köçürmələri azalıb — Fins.az — Fins.az