“Azərbaycan Sənaye Bankı”nın aktivləri AZALIB

“Azərbaycan Sənaye Bankı”nın aktivləri AZALIB

BANK
726

“Azərbaycan Sənaye Bankı” ASC 2020-ci ilin 1-ci rübünü 2 milyon 236 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu ilin 1-ci rübü ilə müqayisədə “Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 43,4% azdır. Azərbaycan Sənaye Bankı 2019-cu ilin 1-ci rübünü 3 milyon 207 min manat xalis mənfəət ilə bağlamışdı.

Fins.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 31 Mart 2020-ci il tarixində Azərbaycan Sənaye Bankı 907 milyon 328 min manat cəmi aktivlərə malik olub, aktivlərin 319 milyon 27 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 2019-cu ilin sonu ilə müqayisədə bankın aktivləri azalıb. Belə ki, 31 Dekabr 2019-cu il tarixində Azərbaycan Sənaye Bankı 985 milyon 151 min manat cəmi aktivlərə malik idi və aktivlərin 331 402 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi.

“Azərsun Holdinq”ə yaxınlığı ilə tanınan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 94,2517 %-i “Anadolu İnvestment Kompani” MMC –yə, 5,1735 %-i “Azərbaycan Sənaye Sığorta” ASC –yə və 0,5748 %-i “Azərbaycan Sənaye Lizinq” MMC –yə məxsusdur. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azərbaycan Sənaye Bankı”nın aktivləri AZALIB — Fins.az — Fins.az