Azərbaycan və Özbəkistan arasında pul siyasəti müzakirə edilib

Azərbaycan və Özbəkistan arasında pul siyasəti müzakirə edilib

BANK
289

Azərbaycan və Özbəkistan Mərkəzi Bankları arasında pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, Azərbaycan Mərkəzi Bankının nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankına işgüzar səfər edib və səfər çərçivəsində bir sıra görüşlər keçirilib.

Görüşlərdə pul siyasətinin strateji və əməliyyat çərçivələri, qərar qəbuletmə prosesi və pul siyasətinin kommunikasiya mexanizmləri üzrə təcrübə mübadiləsi aparılıb.

Tərəflər eyni zamanda yeni çağırışlara uyğun olaraq pul siyasəti çərçivəsinin daha da təkmilləşdirilməsi istiqamətlərini müzakirə ediblər.

Müzakirələr zamanı analitik potensialın gücləndirilməsi və gələcək əməkdaşlığın davam etdirilməsi ilə bağlı təkliflər də irəli sürülüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan və Özbəkistan arasında pul siyasəti müzakirə edilib — Fins.az — Fins.az