Azərbaycan Mərkəzi Bankından “Moneygram”  ilə bağlı AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankından “Moneygram”  ilə bağlı AÇIQLAMA

BANK
506

Son zamanlar sosial şəbəkələrdə 44 günlük şanlı Vətən müharibəsindən öncə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərən “Moneygram” pul köçürmə sistemi ilə ödənişlərin həyata keçirilməsi faktları barədə məlumatlar yayılmaqdadır.

Fins.az xəbər verir ki, bu barədə Azərbayacan Mərkəzi bankı məlumat yayımlayıb

Məlumatda bildilir ki, Mərkəzi Bank bununla əlaqədar olaraq məlumat verir ki, həqiqətən də “Moneygram” pul köçürmə sistemi ayrı-ayrı dövrlərdə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərmiş və bu fakt aşkar olunduğu andan etibarən milli qanunvericiliyə və beynəlxalq prinsiplərə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində onun fəaliyyətinin dayandırılması istiqamətində adekvat tədbirlər həyata keçirililib.Nəticədə, 2008-ci ildən etibarən “Moneygram” pul köçürmə sisteminin Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin qarşısı alınmış və bu gün heç bir bank sözügedən pul köçürmə sistemi ilə işgüzar münasibətdə deyil

Eyni zamanda bildiririk ki, Mərkəzi Bank ölkə ərazisində maliyyə vasitəçiliyinin milli qanunvericilik çərçivəsində təmin olunması məqsədilə davamlı olaraq pul köçürmə sistemlərinin monitorinqini həyata keçirmiş və müvafiq tələblərə riayət etməyən qurumların (“Unistream”, “MİGOM”, “LEADER”, “Bıstraya Poçta”, “İnterexpress”, “RİA Money Transfer”, “İntelexpress”, “Sigue Money Transfer”) fəaliyyətinə qadağa qoyulub.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Mərkəzi Bankından “Moneygram”  ilə bağlı AÇIQLAMA — Fins.az — Fins.az