
Azərbaycan manatının dövretmə sürəti azalıb
2026-cı ilin martın 1-nə Azərbaycanın milli valyutası olan manatın dövretmə sürəti 2,83 bənd təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici cari ilin fevralın 1-i ilə müqayisədə 0,01 bənd və ya 0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,4 bənd və ya 12,4% azalma deməkdir.
Belə ki, 2026-cı ilin fevralın 1-nə manatın dövretmə sürəti 2,84 bənd, 2025-ci ilin martın 1-nə isə 3,23 bənd olub.
Qeyd edilib ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvarında 2,68 bənd, ən yüksək həddi isə 2005-ci ildə 15,72 bənd səviyyəsində qeydə alınıb.
Analitiklərə görə, dövretmə sürətindəki azalma iqtisadiyyatda pulun dövriyyə intensivliyinin zəiflədiyini göstərən əsas indikatorlardan biri hesab olunur. Bu göstərici həm istehlak aktivliyi, həm də ümumi iqtisadi dinamika ilə sıx bağlıdır.