
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi artıb
2026-cı il mayın 1-nə olan məlumata görə, Azərbaycanın iqtisadiyyatına banklar və bank olmayan kredit təşkilatları tərəfindən cəmi kredit qoyuluşunun həcmi 32,632 milyard manat təşkil edib.
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 319 min manat və ya 1%, 2025-ci il mayın 1-i ilə müqayisədə isə 2,7 milyard manat və ya 9,1% artıb.
Hesabat dövründə kredit portfelinin 8,2 milyard manatı dövlət banklarının payına düşüb. Bu göstərici aylıq müqayisədə 195,7 milyon manat və ya 2,4%, illik müqayisədə isə 847,3 milyon manat və ya 11,6% artım deməkdir.
Özəl bankların iqtisadiyyata yönəltdiyi kreditlərin həcmi 22,441 milyard manat olub. Bu, əvvəlki ayla müqayisədə 124 milyon manat və ya 0,6%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 1,7 milyard manat və ya 8% artım göstərir.
Bank olmayan kredit təşkilatları tərəfindən iqtisadiyyata verilən kreditlərin həcmi isə 2,023 milyard manat təşkil edib. Bu göstərici aylıq müqayisədə dəyişməz qalıb, illik müqayisədə isə 220,3 milyon manat və ya 12,2% artıb.
Məlumata əsasən, hesabat dövründə dövlət bankları ümumi kredit qoyuluşunun 25%-ni, özəl banklar 68,8%-ni, bank olmayan kredit təşkilatları isə 6,2%-ni təşkil edib.