Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları artıb

BANK
1,017

2023-ci il sentyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına banklar tərəfindən kredit qoyuluşları 21814.2 mln. manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, cari ilin avqust ayının 1-nə olan göstərici ilə müqayisədə 2% çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 13.8% və ya 3 mlrd. 175.6 mln. manat artıb. Belə ki, 2022-ci ilin sentyabr ayının 1-nə kredit qoyuluşlarının həcmi 18638.6 mln. manat təşkil edib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları artıb — Fins.az — Fins.az