Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda kreditlərdən istifadə azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda kreditlərdən istifadə azalıb

BANK
716

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda bank kreditlərinin xüsusi çəkisi azalaraq 6,2%-ə enib.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz bəndi azdır.

Rəsmi statistikaya əsasən, bu ilin  yanvar-iyul ayları ərzində əsas kapitala yönəldilən bank kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% azalaraq 466,3 mln. manat təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 588,3 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çox vəsait yönəldilib. Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 4 533,0 mln. manat, büdcə vəsaitləri 1 666,7 mln. manat, bank kreditləri 466,3 mln. manat, əhalinin şəxsi vəsaitləri 440,8 mln. manat, sair vəsaitlər 319,9 mln. manat, büdcədənkənar dövlət fondlarının vəsaitləri 161,6 mln. manat təşkil edib.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda kreditlərdən istifadə azalıb — Fins.az — Fins.az