Azərbaycan hökuməti 1,5 milyard manat məbləğində biznes kreditlərini subsidiyalaşdırmağı planlaşdırır

Azərbaycan hökuməti 1,5 milyard manat məbləğində biznes kreditlərini subsidiyalaşdırmağı planlaşdırır

BANK
930

İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər çəkmiş sahibkarların cari kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı hazırlayıb. Proqram ümumi məbləği 1,5 milyard manat təşkil edən kreditləri əhatə edəcək. 

Proqrama əsasən, hökumət dövlət zəmanəti olmayan 1 milyard manat məbləğində biznes kreditlərini subsidiyalaşdırmağı planlaşdırır. Mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılması (kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq) nəzərdə tutulur.

Bunun üçün xüsusi vəsait ayrılacaq və subsidiyalaşma Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçiriləcək.

Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı hazırlanıb.

Bu proqrama əsasən, yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək. Kreditlərin maksimal faiz dərəcəsi 15%-dən yuxarı olmamalı, kreditlərin müddəti 3 ilədək olmalıdır. Zəmanət verilən kreditlər üzrə faizlərin yarısı dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq. Bu məqsədlə Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitin ayrılması planlaşdırılır.

İqtisadiyyat Nazirliyi, həmçinin İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı da hazırlayıb. Bu proqram çərçivəsində İpoteka və Kredit-Zəmanət Fonduna əlavə vəsaitin ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan hökuməti koronavirus pandemiyası şəraitində biznesə və əhaliyə dəstəyin göstərilməsi üzrə 9 proqram hazırlayıb. Bu proqramların dəyəri 2,5 milyard manat və ya ÜDM-nin 3,1%-ni təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan hökuməti 1,5 milyard manat məbləğində biznes kreditlərini subsidiyalaşdırmağı planlaşdırır — Fins.az — Fins.az