Azərbaycan əhalisi martda nağd rubl alışını iki dəfəyə yaxın artırıb

Azərbaycan əhalisi martda nağd rubl alışını iki dəfəyə yaxın artırıb

BANK
952

Bu ilin mart ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd Rusiya rublu kütləsinin həcmi 430,58 mln. rubl təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 1,8 dəfə çoxdur.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, banklar tərəfindən əhaliyə satılan nağd rubl kütləsinin həcmi aylıq müqayisədə isə 52,3 mln. rubl və ya 13,8% artıb.

Bundan başqa, mart ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 953,3 mln. rubl təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 99,9 mln. rubl və ya 9,5% azdır. Aylıq müqayisədə isə azalma 190,54 mln. rubla və ya 16,7%-ə bərabər olub.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan əhalisi martda nağd rubl alışını iki dəfəyə yaxın artırıb — Fins.az — Fins.az