Azərbaycan əhalisi fevralda nağd avro alışını artırıb

Azərbaycan əhalisi fevralda nağd avro alışını artırıb

BANK
663

Bu ilin fevral ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 42 940,6 min avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 10 284,9 min avro və ya 19,3% azdır.

 Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi aylıq müqayisədə isə 12 138,9 min manat və ya 39,4% çoxdur.

Bundan başqa, fevral ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 10 275,4 min avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 3 904,6 min manat və ya 27,5% azdır. Aylıq ifadədə isə bu göstərici 1 397,9 mln. manat və ya 12% azalıb.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan əhalisi fevralda nağd avro alışını artırıb — Fins.az — Fins.az