Bu il aprelin 1-nə Azərbaycanın bank olmayan kredit təşkilatlarında (BOKT) işləyənlərin sayı 2 955 nəfər təşkil edib. Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 15,9% çoxdur.