Azərbaycan banklarının xalis xarici və daxili aktivləri artıb

Azərbaycan banklarının xalis xarici və daxili aktivləri artıb

BANK
195

2025-ci il dekabrın 1-nə Azərbaycanda bankların xalis xarici aktivləri 28,148 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 428,4 milyon manat və ya 1,5% az, ilin əvvəli ilə müqayisədə 1,5 milyard manat və ya 5,8% artıb, ötən ilin dekabr ayının 1-i ilə müqayisədə isə 961,3 milyon manat və ya 3,5% çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 20,514 milyard manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 1,6 milyard manat və ya 8,5%, ilin əvvəli ilə müqayisədə 622,8 milyon manat və ya 3,1%, ötən ilin dekabr ayının 1-i ilə müqayisədə isə 3 milyard manat və ya 17,2% artıb.

Qeyd olunur ki, hesabat dövründə Azərbaycanda ümumi aktivləri 58,748 milyard manat olan 22 bank fəaliyyət göstərir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan banklarının xalis xarici və daxili aktivləri artıb — Fins.az — Fins.az