Azərbaycan banklarının kredit portfeli artıb

Azərbaycan banklarının kredit portfeli artıb

BANK
135

2026-cı ilin 30 aprel tarixinə Azərbaycan banklarının kredit portfeli 1,1% və ya 318,9 milyon manat artaraq 30 milyard 609 milyon manat təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, kredit portfelində artım dinamikası bank sektorunda sabit inkişafı əks etdirib.

Eyni zamanda bankların öhdəliklərinin strukturunda depozit portfeli ənənəvi olaraq üstünlük təşkil edir. Belə ki, depozitlər ümumi öhdəliklərin 76%-ni və ya 37,770.8 mln. manatı əhatə edir.

Depozit portfelinin strukturu üzrə bölgüyə əsasən, vəsaitlərin 54.3%-i (20,498.6 mln. manat) hüquqi şəxslərin depozitlərinin, 45.7%-i (17,272.2 mln. manat) isə fiziki şəxslərin depozitlərinin payına düşür.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan banklarının kredit portfeli artıb — Fins.az — Fins.az