Azərbaycan banklarının kredit portfeli 27,4 milyard manata çatıb

Azərbaycan banklarının kredit portfeli 27,4 milyard manata çatıb

BANK
449

2024-cü il ərzində bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 7.8%, 7.6% və 9.2% artıb.

Finss.az bu barədə Mərkəzi Bankın aylıq icmalına istinadən xəbər verir.

Kredit portfelinin artımı cari ilin dekabr ayında da davam edib. Hesabat ayında bankların kredit portfeli 0.4% və ya 109.5 mln. manat artaraq 27,477.7 mln. manat olub.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53.8% (14,787.2 mln. manat);
ıı) istehlak kreditləri – 30.7% (8,445 mln. manat);
ııı) ipoteka kreditləri – 15.5% (4,245.5 mln. manat).

Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4,294.7 mln. manat (o cümlədən, biznes kreditləri 2,170.4 mln. manat, istehlak kreditləri 1,508 mln. manat, ipoteka kreditləri 616,4 mln. manat) artıb.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan banklarının kredit portfeli 27,4 milyard manata çatıb — Fins.az — Fins.az