Azərbaycan banklarının biznes portfeli 16,1 milyard manata yüksəlib

Azərbaycan banklarının biznes portfeli 16,1 milyard manata yüksəlib

BANK
289

2025-ci ilin sonuna Azərbaycan banklarının biznes kredit portfeli illik əsasda 8.9% və ya 1.32 milyard manat artaraq 16.1 milyard manata çatıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, artım əsasən real sektordakı genişlənmə və kredit aktivliyinin yüksəlməsi ilə bağlıdır.

Sektorlar üzrə ən yüksək artım nəqliyyat sahəsində 30.5% (450 milyon manat), tikintidə 25.4% (350 milyon manat), kənd təsərrüfatında 16.8% (300 milyon manat), informasiya və rabitə sahəsində isə 23.4% (150 milyon manat) qeydə alınıb.

Eyni dövrdə bank sektorunun ümumi aktivləri 7.7% artaraq 57.1 milyard manat, öhdəlikləri isə 7.2% artaraq 49.7 milyard manat təşkil edib.

Nəticədə bank sektorunun aktivlərinin ÜDM-ə nisbəti 2.3 faiz bəndi artaraq 44.2%-ə yüksəlib. Bu isə maliyyə sektorunun iqtisadiyyatda rolunun gücləndiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan banklarının biznes portfeli 16,1 milyard manata yüksəlib — Fins.az — Fins.az