
Azərbaycan bankları bu gün valyuta hərracında 62,9 milyon dollar alıb
Azərbaycan Mərkəzi Bankı bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 62,9 milyon dollar satıb.
Hərracda tələb 62,9 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb.